İmamoğlunun ailəsi koronaya yoluxdu

İstanbul Böyükşəhər Bələdiyyəsinin rəhbəri Əkrəm İmamoğlunun həyat yoldaşı Dilek İmamoğlu və 2 övladı koronavirusa yoluxub.

Axar.az xəbər verir ki, bu səbəbdən D.İmamoğlu Trabzonda anasının dəfn mərasimində iştirak edə bilməyib.

Məlumata görə, Ə.İmamoğlunu test nəticəsi isə neqativ çıxıb.