Merkel peyvənddən niyə imtina etdi?

Almaniya kansleri Angela Merkel vaksinasiya ilə bağlı müraciətini ləğv edib.

Axar.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.

Belə ki, Merkel aprelin 11-də peyvənd olunacağı ilə bağlı müvafiq şəkildə müraciət etmişdi. Lakin müraciət onlayn şəkildə anidən ləğv edilib.

Ehtimal edilir ki, müraciət Xristian-Demokrat İttifaqı və Xristian Sosial Birliyinin iclası səbəbindən ləğv edilib.