Britaniyada daha 2472 nəfər koronavirusa yoluxub

Böyük Britaniyada son sutka ərzində 2472 nəfər koronavirusa yoluxub. Bununla da koronavirusa yoluxanların ümumi sayı 4 375 814 nəfərə çatıb.

APA-nın Britaniya müxbirinin verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Son sutka ərzində 23 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 127 123 nəfərə çatıb.