Dünyanın koronavirus tablosu dəyişdi!

Bəzi ölkələr əskik hesablama apardıqlarını etiraf edincə, ara qarışdı

Koronviruslu xəstə sayında əskik hesablama aparan ölkələr Peru və Meksikadır.  Hər iki ölkə “COVİD-19”dan həyatını itirənlərin sayında əskik hesablama apardıqlarını etiraf edib. Bununla da dünya dövlətlərinin koronavirus cədbəli dəyişdi. 

“Sherg.az” Türkiyə mediasına əsaslanaraq qeyd edir ki, ABŞ-ın Johns Hopkins Universitetinin araşdırmalarına görə, Peru 100 min nəfərə düşən ölü sayına görə, 548 ölümlə birinci sıradadır. Həmçinin Macarıstan da 100 min nəfərə düşən ölü sayına görə (304 nəfər) ikinci sırada yer alır. Sonra ABŞ, Hindistan, Braziliya, Fransa, Almaniya, Argentina, İtaliya, İngiltərə, Rusiya,  İran, Güney Afrika, İndoneziya, Meksika, Ukrayna, Polşa, Çexiya, İspaniya, Kolumbiya gəlir. Türkiyə bu cədbəldə 19-cu sıradadır. Azərbaycanda isə son məlumata görə (iyunun 5-nə olan məlumat) ümumi yoluxanların sayı 334.647. sağalanlar 326.619. ölüm sayı 4936-dır.