“Leopard” tanklar: Əsgərlərin xidmətinə verilir

Müdafiə sənayesi naziri İsmayıl Dəmir yerli və milli sistemlərlə modernləşdirilən “Leopard 2A4” tanklarının Silalı Qüvvələrin xidmətinə verildiyini açıqlayıb. “Sherg.az” “Milliyet.com”a istinadən bildirir ki, bu barədə müdafiə sənayesi naziri Tvitter hesabında paylaşım edib.

Nazir qeyd edib ki, Piyada Qoşunları Komandanlığının inventarında olan “Leopard 2A4” tanklarının müasir hərb sahəsinə uyğun üstünlüklərini artırmaq yönündə çalışmalar başa çatıb və Ballistik Müdafiə Mərkəzində yeni növ zirehlərin istehsalına keçid edilməklə tanklara uyğunlaşdırılmasına başlanılıb. Aparılan təhlillər yeni zirehlərin tanklarda istifadə edilən ən güclü ballistik qorumaya sahib olduğunu deməyə əsas verir. Modernləşdirilmiş “Leopard”lar artıq mehmetciyin istifadəsindədir.