Meksika şəhərində qanduran hadisə yaşanıb.
Sherg.az xarici mətbuata istinadən xəbər verir ki, Meksika Şəhər Prokurorluğunun verdiyi açıqlamaya görə, 72 yaşlı kişinin evinin döşəməsində qazıntılar aparılıb. Aparılan qazıntı işləri zamanı 3787 sümük parçası aşkarlanıb. Məlum olub ki, bu sümüklər illər əvvəl yoxa çıxmış 17 nəfərə məxsusdur. Hadisə yerində itən şəxslərin şəxsiyyət vəsiqələri və digər şəxsi əşyalarının da tapıldığı bildirilib.
Qazıntı işlərinin davam edəcəyi qeyd olunub.