Baydeni öldürməklə hədələyən şəxs psixiatrik xəstəxanaya yerləşdirilib

ABŞ-nin Ədliyyə Nazirliyi Prezident Co Baydeni qətlə yetirməklə hədələyən 39 yaşlı Ceyson Patrik Eldeyə ittiham irəli sürüb.


APA “The Washington Times”a istinadən xəbər verir ki, onun sosial şəbəkədəki hesabı vasitəsilə Ağ Ev rəhbərinin ünvanına təhdid xarakterli çoxsaylı paylaşımlar etdiyi ortaya çıxıb.


İyulun əvvəlində başlanan araşdırma zamanı C. P. Eldeyin ruhi xəstəlikdən əziyyət çəkdiyi və psixiatrik klinikalardan birində qeydiyyatda olduğu aşkarlanıb.