Vüqar Bayramov seçki ilə bağlı qərarını açıqladı

Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində Vüqar Bayramov da iştirak edəcək.

Sherg.az Lent.az-a istinadla xəbər verir ki, o, ötən seçkidə parlamentdə təmsil etdiyi 84 saylı Füzuli seçki dairəsindən namizədliyini irəli sürüb.

Qeyd edək ki, Vüqar Bayramov hazırda fəaliyyət göstərməyən Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun qardaşıdır. Qubad İbadoğlu bir müddət əvvəl həbs olunub, daha sonra isə məhkəmə onunla bağlı qətimkan tədbirini dəyişdirib.