"Bayden seçilməyəcək, bizi də uduzduracaq"

ABŞ Konqresinin Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosi hesab edir ki, hazırkı prezident Co Bayden seçkilərdə ölkənin keçmiş lideri Donald Trampa qalib gələ bilməyəcək.
Bakupost.az xəbər verir ki, bu barədə CNN öz mənbələrinə istinadən məlumat yayıb.
Xəbərə görə, Pelosi bu barədə Baydenlə telefon danışığı zamanı bildirib. O deyib ki, keçirilən sorğular Baydenin prezident seçkilərində qalib gələ bilməyəcəyini göstərir. Bununla da demokratlar Nümayəndələr Palatasında qalib gəlmək şansından məhrum ola bilər.
Eyni zamanda, CNN-in bildirib ki, Pelosinin Baydendən seçki yarışından çəkilməsini istəyib-istəmədiyi məlum deyil.
Qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək. İkinci müddətə namizəd olan Bayden artıq avqustda keçiriləcək Demokratlar Partiyasının qurultayı üçün kifayət qədər nümayəndənin dəstəyini qazanıb.