Qazaxıstanda koronavirusa daha 3 695 nəfər yoluxub

Qazaxıstanda ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 3 695 yoluxma halı qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 454 825, ölənlərin sayı isə 4 647 nəfərə çatıb.

Bildirilir ki, ötən gün koronavirusdan 1 857 nəfər, hazırkı dövrədək isə 412 007 nəfər sağalıb.