İordaniyanın Kralı II Abdullah və İsrailin yeni prezidenti İshaq Hersoq arasında telefon danışığı olub.
Trend-in KİV-lərə istinadən verdiyi məlumata görə, telefon danışığı zamanı İordaniyanın kralı İsrail prezidentini vəzifəsinin icrasına başlaması münasibəti ilə təbrik edib.
Daha sonra dövlət başçıları ikitərəfli münasibətlər, Yaxın Şərqdəki siyasət, Fələstin məsələsinin həlli və İsrail şirkətləri tərəfindən İordaniyaya suyun satılması üçün bu yaxınlarda əldə edilən razılaşmanı müzakirə ediblər.
İsrail prezidenti telefon danışığından sonra özünün "Twitter" səhifəsində bildirib ki, İsrail-İordaniya tərəfdaşlığını strateji adlandırıb və regional əməkdaşlığa töhvə verdiyini bildirib.