“Apple” şirkəti yaxın gələcəkdə böyük ekranlı planşet buraxa bilər. Sherg.az xarici mətbuata istinadən xəbər verir ki, agentlik hazırda 14-16 düym diapazonuna malik “iPad” üzərində iş aparır.
Mütəxəssisin fikrincə, böyük ekranlı planşetlər 2022-ci ildə buraxılacaq. Yaxın iki ildə isə ABŞ şirkəti 12,9 düym diaqonallı “iPad Pro” planşetlərini inkişaf etdirəcək.
Yayın əvvəlində bloger Zak Nelson yeni “iPad Pro” planşetini test edərək “Apple” mühəndisləri tərəfindən qurğunun korpusunun möhkəmləndirildiyini bildirib. O vurğulayıb ki, əvvəllər ABŞ korporasiyasının istehsalı olan planşetlər əyilmə zamanı sınırdı.