Qərbi Səhra sahillərində qayığın batması nəticəsində təxminən 40 miqrant ölüb

Qərbi Səhradan Kanar adalarına doğru hərəkət edən və göyərtəsində 50 nəfərin olduğu qayığın batması üçün nəticəsində təxminən 40 miqrant ölüb.

APA xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Miqrasiya axınlarını izləyən “Walking Borders” qeyri-hökumət təşkilatının təsisçisi Helena Maleno şəxsi “Twitter” səhifəsində yazıb ki, Dahla sahillərində qayığın çevrilməsi nəticəsində 30 qadın, 8 uşaq və 4 kişi olmaqla 42 nəfər həyatını itirib. O, qayıqdan 10 nəfərin sağ qaldığını və balıqçılar tərəfindən xilas edildiyini bildirib.

Rəsmi mənbələr ölənlərin sayının 30 olduğunu qeyd edib. Bədbəxt hadisənin pis hava şəraiti səbəbindən baş verdiyi deyilir.