Fransada silahlı şəxs polislərə atəş açıb

Fransanın şərqində yerləşən Sent-Etyen şəhərində naməlum şəxs polis əməkdaşlarına atəş açıb və cavab atəşi nəticəsində ağır yaralanıb.

APA xəbər verir ki, bu barədə yerli “France Bleu” radiostansiyası məlumat yayıb.

Məlumata görə, polis Violett meydanında iki nəfərin cinayət əməli törətmək niyyətində olduğu barədə məlumat əldə edib. Hadisə yerinə gələn polis əməkdaşları həmin şəxslərin avtomaşında oturduğunu görüb. Onlardan biri saxlanılıb, ikincisi isə qaçmağa çalışıb.

Polis onu onu tutmaq istəyən zaman, o, hüquq-mühafizə orqanı əməkdaşlarına atəş açıb. Cavab atəşində isə qarnından və ayağından yaralanıb. Sİlahlı şəxs ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

İnsidentlə bağlı araşdırma aparılır.