Gürcüstanda aktiv koronavirus xəstələrinin sayı 41 min 187 nəfərə çatıb

Hazırda Gürcüstanda 41 min 187 nəfər aktiv koronavirus xəstəsi var. Onlardan 1308-nin vəziyyəti ağırdır.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin “stopgov.ge” saytında məlumat yerləşdirilib.

Məlumatda bildirilir ki, ağır xəstələrin 582-si paytaxt Tbilisidə, 294-ü İmereti bölgəsində, 132-si Acarıstanda, qalanları isə digər bölgələrdədir.

Qeyd edilib ki, son sutkada ölkədə daha 3344 nəfər koronavirusa yoluxub, 30 pasiyent pandemiyanın qurbanı olub.

Bununla da Gürcüstanda koronavirusa yoluxanların ümumi sayı 447 min 913-ə, ölənlərin sayı isə 6 084-ə çatıb.