Muğlanın Köyceyiz rayonunda daha bir güclü yanğın başlayıb

Türkiyədə günlərdir davam edən meşə yanğınları xüsusilə Muğla və Aydın şəhərlərində daha geniş ərazini əhatə edir.

“Report”un yerli bürosu xəbər verir ki, Muğla şəhərinin Köyceyiz rayonunun Çövelek və Çökezli bölgələrində bir neçə yaşıllıq zolağında yanğın başlayıb.

Yanğının yenidən gücləndiyi meşə massivlərinə Türkiyənin yanğınsöndürmə briqadaları cəlb olunub.

Yaxın vaxtlarda Azərbaycanın Fövqaladə Hallar Nazirliyinin (FHN) əməkdaşları və xilasetmə qüvvələri də əraziyə gələcək.