Ukraynada koronavirusdan ölənlərin sayı 53 min nəfərə çatıb


Son sutka ərzində Ukraynada 619 nəfər yeni növ koronavirusa (COVİD-19) yoluxub, 10 nəfər ölüb.
APA-nın xəbərinə görə, bu barədə Ukrayna Səhiyyə Nazirliyi məlumat yayıb.
Bununla da Ukraynada COVİD-19-a yoluxanların sayı 2 259 151 nəfərə, ölənlərin sayı 53 095 nəfərə çatıb.