Bildiklərinizi unudun: “Uçan polis” hər şeyi dəyişdirəcək - FOTOLAR

İngiltərədə “uçan polis” istehsalına başlanacaq. Tətbiq edilən müasir texnoloji üsullar sayəsində buna nail olunub. Yeni texnologiya test edilib və uğurlu nəticəyə görə ingilis polisinin xeyir-duasını alıb.



Texnologiyanın tətbiqi ilə İngiltərə polisi qarşıdakı illərdə xüsusi uçuş geyimindən istifadə edərək havada süzə biləcək və cinayətkarları daha tez yaxalayacaq. İngiltərə rəsmiləri hesab edir ki, pilot geyiminə bənzər bu geyimlərdən istifadə edilməklə cinayət və terrorla mücadilədə daha üstün nəticələrə nail olmaq mümkündür. Polislərə onların havaya qalxmasını təmin edəcək xüsusi balon jiletlər geyindiriləcək. Balon jiletlər geymiş polis təcrübədən keçirilib və bəyənilib. Salisbury yaxınlığındakı texnoloji laboratoriyada xəyali bir senari qurulub, jilet geymiş polis sürətlə uçaraq qaçmaqda olan şübhəlini təqib edib və yaxalayıb. Uçan polis haqqında “inanılmaz dərəcədə hay-küylü”, eyni zamanda “həddindən artıq potensiala malik” ifadələrinə yer verilib. “Uçan polis” sisteminə "Gravity" adı verilib. Onun dəyəri 300 min sterlinq hesablanır. İngiltərə Kral ailəsi ötən ildən "Gravity" polis jet sistemini sınaqdan keçirir. Uçuş qiyafəsindəki “polis” 10 dəqiqə uça bilir və sürəti saatda 136 kilometrdir.