Almaniyada rekord sayda koronavirusa yoluxma halları qeydə alınıb


Almaniyada yeddi günlük koronavirusa yoluxma əmsalı bu gün 51,6 təşkil edərək, üç aylıq rekordu qırıb.

AZƏRTAC xəbər verir ki, belə artım may ayından bəri ilk dəfə müşahidə olunur. Müqayisə üçün qeyd edək ki, ən aşağı dəyər - 4,9 - iyulun 3-də və 6-da qeydə alınıb.

Xatırladırıq ki, bu günlərdə Almaniyada pandemiyanın dördüncü dalğasının başlanması elan edilmişdi. Proqnozlara görə bu dalğadan ən çox gənclər zərər çəkəcək. Son bir gündə ölkədə 8092 yeni yoluxma halı (bir həftə əvvəl - 5644) və 17 ölüm halı qeydə alınıb.

Pandemiyanın başlanğıcından bəri koronavirusa 3 861 147 təsdiqlənmiş yoluxma halı qeydə alınıb, onlardan 91 973 nəfər xəstəliyə qalib gələ bilməyib.