“Məni rahat buraxın!"-Selena Qomez

Bu günlərdə şəxsi həyatı ilə tez-tez jurnalların gündəminə gələn amerikalı müğənni və aktrisa Selena Qomezin plastik əməliyyat etdirdiyi iddia edilib. Qomez sifətindəki dəyişiklikdən danışaraq bu söz-söhbətlərə cavab verib.
Sherg.az xəbər verir ki, İnstaqram səhifəsinin hekayələr bölməsində bikinili pozalarını paylaşan
 məşhur ad, paylaşımına 2013 və 2023-cü illərdə çəkilmiş iki fərqli fotoya yer verib.
Kökəlməsinə səbəbin istifadə etməli olduğu lupus dərmanları olduğunu bildirən gözəl aktrisa "heç vaxt model olmayacağını" deyib:
Dərmanlarımı dayandıranda arıqlayıram. Amma müalicəm vacibdir və istifadə etdiyim dərmanların mənə kömək etdiyinə inanıram. İnsanları xarici görünüşünə görə tənqid etməyi düzgün hesab etmirəm. Mən model deyiləm və heç vaxt olmayacağam.

32 yaşlı ulduz bir müddət əvvəl plastik əməliyyat etdirdiyi iddiaları ilə adından söz etdirmişdi. TikTok videosu Gomezin illər ərzində dəyişdiyinə işarə etdi.

Bu paylaşımla bağlı açıqlama verən Selena Qomez, "Açığı, buna nifrət edirəm. Botoks etdirdim. Bu qədər. Məni rahat buraxın!" şərhini verib.