Türkiyə daha 357 vətəndaşını Əfqanıstandan təxliyə edib


Türkiyə Əfqanıstandan daha 357 vətəndaşını təxliyə edib.

APA-nın xəbərinə görə, bu barədə Türkiyənin NTV televiziyası məlumat verib.

Təxliyə olunanların 16-sı azyaşlı körpədir.

Qeyd edək ki, avqustun 15-dən indiyədək Əfqanıstandan 927 Türkiyə vətəndaşı bu ölkəyə gətirilib.