Gürcüstanda koronavirusa yoluxanların əksəriyyətində “delta” stamı aşkarlanıb

Gürcüstanda son sutkada daha 3803 nəfərdə koronavirusa yoluxma təsdiqlənib. Onların böyük əksəriyyətində “delta” stamı aşkarlanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Milli Mərkəzi məlumat yayıb.

Bildirilib ki, ötən sutka ərzində ölkədə daha 48 nəfər pandemiyanın qurbanı olub. Bununla da Gürcüstanda COVID-19 infeksiyasına yoluxanların ümumi sayı 514 min 744-ə, ölənlərin sayı isə 6771-ə çatıb. Ötən 24 saat ərzində 5332, ümumilikdə 448 min 288 nəfər sağalıb.

Hazırda ölkədə 59 min 659 nəfər aktiv koronavirus xəstəsi var.