Taliban Məsuda vaxt verdi: Ya təslim olun, ya da...

Taliban Pəncşirdəki müqavimət hərəkatının lideri Əhməd Məsuda təslim olmaq üçün 4 saat vaxt verib.

Axar.az xəbər verir ki, bu barədə “Əl Ərəbiyyə” telekanalı məlumat verib.

Taliblər bildiriblər ki, onların silahlı qüvvələri Pəncşir istiqamətində irəliləyirlər. Saleh və Məsudun tərəfdarları ya 4 saat ərzində əyaləti təhvil verməli, ya da döyüşə hazır olmalıdırlar.