"Anri" qasırğası: Nyu-Yorkda uçuşlar ləğv edildi

Nyu -Yorkun "Con F. Kennedi" və "LaQuardia" hava limanları, eləcə də Nyu-Cersidəki "Nyuark" aeroportu tropik "Anri" fırtınasına görə bəzi uçuşları ləğv edib.

Axar.az xəbər verir ki, bunu Nyu -York və Nyu-Cersi Liman İdarəsinin rəhbərliyi bildirib.

"LaQuardia"dakı uçuşların 23% -i, "Con F. Kennedy"dəki uçuşların 11% -i və "Nyuark"dakı uçuşların 22%-i ləğv edilib", - deyə bildirilib.

Onun sözlərinə görə, hava şəraitindən asılı olaraq digər uçuşlar ləğv edilə bilər.