Zelenskidən Rusiyaya demarş:"Putinin ambisiyasına ciddi zərbə...”

Ukrayna prezidenti Vladimir Zelenski amerikalı həmkarı Co Baydenlə bir neçə gün sonra keçiriləcək görüş barədə danışıb. O, bir çox məsədə ABŞ dövlət başçısının fikirlərini eşitmək istədiyini bildirib. “Bizim sadəcə sual-cavabdan ibarət yox, ciddi görüşümüz var. Bir çox məsələ var ki, cavab yox, fikir almaq lazımdır. Bir çox məsələdə Baydenin fikirlərini eşitmək istəyirəm”, - prezident qeyd edib. Zelenskinin sözlərinə görə, məsələlərə həmçinin təhlükəsizlik, müharibə və iqtisadiyyat daxildir.

Zelenskinin bəyanatını şərh edən politoloq Azər Rəşidoğlu “Sherg.az”a söyləyib ki, bu, Rusiyaya qarşı demarşdır:

“Ukrayna Rusiyadan uzaqlaşıb, ABŞ-ın “çətiri altna girmk istəyir”. Kiyevin NATO-ya doğru inteqrasiyası, Qərblə artan əməkdaşlığı Moskvanın oradakı təsir dairəsinin itməsi deməkdir. Rusiya Ukraynada məğlub olub, işğal etdiyi əraziləri, o cümlədən Krımı itirsə, Putinin SSRİ-ni bərpa etmək ambisiyası ciddi zərbə alacaq. Nəzərinizə çatdırım ki, Zelenskinin ABŞ-da xüsusi diqqətlə qarşılanması onun şəxsi personası ilə bağlı deyil. Məqsəd Ukraynanı Rusiyanın “caynağından” qoparmaq, Kremli çökdürməkdir. Liderlər arasında hansı məsələlərin müzakirə olunmasından asılı olmayaraq, görüş mühüm əhəmiyyət kəsb edir”.

A.Rəşidoğlu, həmçinin əlaqələrin perspektivindən də söz açdı:

 “ABŞ-ın Əfqanıstandan çıxması Çinə qarşı cəbhənin yaradılmasından xəbər verir. ABŞ hansısa mərhələdə Ukraynanı qurban verə bilər. Amma bütün hallarda Kiyevin gələcəyi Moskva ilə yox, Qərblə bağlıdır. Ukrayna artıq Qərbə inteqrasiya yolunu tutub”.