ABŞ-da "İda" qasırğası nəticəsində 22 nəfər ölüb

ABŞ-ın şərqində “İda” qasırğasının səbəb olduğu yağış və daşqınlar nəticəsində 22 nəfər ölüb.

APA xəbər verir ki, bu barədə “NBC” telekanalı məlumat yayıb.

Ölüm halları Nyu-York və Nyu-Cersi ştatlarında qeydə alınıb. Onların arasında iki yaşlı uşaq da var.

Bundan əvvəl Nyu-York şəhərinin meri Bill de Blazio 9 nəfərin ölməsi barədə məlumat vermişdi. O, bölgədə rekord miqdarda yağış yağdığını bildirib.