Fransa sarayındakı gizli güc: Brijit Makron

Fransa prezidenti Emmanuel Makron və həyat yoldaşı Brijit Makronun dostu, yazıçı-jurnalist Qael Takaloffun "Birlikdə olduğumuz kimi" kitabı nəşr olunub.
“Sherg.az” “Ntv.com”a istinadən xəbər verir ki, Takaloff yeni kitabında Fransadakı gizli gücün Brijit Makron olduğunu iddia edib. Jurnalist kitabda Brijitin siyasətdəki təsirindən danışıb.
Takaloff Emmanuel Makronun ölkəni idarə edərə etdiyi zaman belə tez -tez arvadına zəng edib proqramı haqqında məlumat verdiyini söyləyib.
Kitabda Emmanuelin həyat yoldaşına aşiq olduğunu izah edən yazıçı bu sözləri deyib:
“Prezident hər 1.5 saatda bir arvadına zəng vurur. Onların birgə proqramı var. Hər dəqiqə bir-birlərinin nə etdiklərini bilirlər. Brijit Makron ərinin cədvəlinə nəzarət edir. Xanım hətta Yelisey sarayının işçilərinə əmr verərək, qonaqların ziyarət saatlarına müdaxilə edir”.