Bayden 11 sentyabrla bağlı sənədlərin məxfiliyini açmaq barədə tapşırıq verib

"11 sentyabr hadisələrinin 20-ci ildönümü ərəfəsində Amerika xalqı bu hücumlar haqqında daha dolğun bir təsəvvürə sahib olmağa layiqdir".

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Cozef Bayden bildirib.

Onun sözlərinə görə, ABŞ hökumətinin maksimum şəffaflığı qoruyub saxlaması və yalnız bəzi hallarda məxfiliyi qoruması vacibdir.

ABŞ Prezidenti ölkənin baş prokuroru Merrik Qarlanda 11 sentyabr 2001-ci il hücumları ilə əlaqədar gizli sənədləri altı ay ərzində yayımlamağı tapşırıb.

Xatırladaq ki, 11 sentyabr hadisələrinin 20 illiyi ərəfəsində istintaq materiallarından məxfilik elementlərinin çıxarılması Baydenin seçki vədlərindən biri idi.