Kabil aeroportunda baş vermiş insidentdə ölənlərin sayı 70 nəfərə çatıb-YENİLƏNİB

Əfqanıstanın paytaxtı Kabil şəhərində yerləşən Həmid Kərzay Beynəlxalq Hava Limanında baş vermiş insident nəticəsində ölənlərin sayı 70-ə çatıb.

"Report" bu barədə "Khaama Press"ə istinadən xəbər verir.

10:38
Əfqanıstanın paytaxtı Kabil şəhərində yerləşən Həmid Karzay Beynəlxalq Hava Limanında baş vermiş insident nəticəsində həyatını itirənlərin sayı 17 nəfərə çatıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, aeroportda havaya atəş açılıb.

Güllələrdən bir neçəsi insanlara dəyib. Nəticədə 17 nəfər ölüb.