"Taliban" Əfqanıstanda 4 nəfəri edam edib


Əfqanıstanın şimal-qərbində yerləşən Herat əyalətində “Taliban” 4 kişini çoxsaylı insanın iştirakı ilə edam edib.

“Report” TASS-a istinadən xəbər verir ki, məlumatı sentyabrın 25-də “Aamaj News” agentliyi yayıb.

Bildirilib ki, dar ağacından asılan şəxslər adam oğurluğunda təqsirli biliniblər.

Əfqanıstanda hakimiyyəti ələ keçirən “Taliban”ın nümayəndələri hələlik hadisəyə münasibət bildirməyiblər. Bununla belə, “Taliban” hərəkatının qurucularından biri, Nurəddin Turabi “Associated Press”ə kütləvi edamları bərpa edəcəklərini, oğurluğa görə ətrafların kəsilməsi praktikasını bərpa edəcəklərini bildiriblər.

Qeyd edək ki, “Taliban” 1996-2001-ci illərdə Əfqanıstanda hakimiyyətdə olarkən edam, daş-qalaq, əl və ayaqların kəsilməsi kimi cəzalar kütləvi, geniş şəkildə həyata keçirilirdi.