ABŞ ordusu Suriyada 3 vətəndaşı öldürüb

ABŞ ordusu Suriyanın cənub-şərqindəki Deyr əz-Zor əyalətinə vertolyotla eniş edərkən 3 nəfəri güllələyib.

APA bildirir ki, bu barədə mənbələrə istinadən Suriyanın SANA dövlət agentliyi məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, ABŞ qüvvələri Əl-Şüheyl kəndində vertolyotlardan enərək evlərə və əkin sahələrinə atəş açıb. Nəticədə 3 nəfər mülki şəxs ölüb.