Taliban Tacikistanı Əfqanıstanın işlərinə qarışmaqda günahlandırıb

Radikal "Taliban" hərəkatının siyasi bürosunun rəhbəri, Əfqanıstan Baş nazirinin müavini vəzifəsini icra edən Əbdül Qani Baradar Tacikistanı ölkənin daxili işlərinə qarışmaqda günahlandırıb.

APA bildirir ki, o “Əl-Cəzirə” telekanalına verdiyi müsahibədə belə deyib.

Baradar bu barədə bunları söyləyib: "Tacikistan işlərimizə qarışır, hər bir hərəkətə qarşı çıxmaq olar".