Gürcüstanda daha 2 185 nəfər COVID-19-a yoluxub

Gürcüstanda ötən sutkada koronavirusa 2 185 yeni yoluxma təsdiqlənib, 2 010 nəfər müalicə olunaraq sağalıb, 40 pasiyent vəfat edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Hazırkı dövrədək qonşu ölkədə COVID-19 infeksiyası 609 340 nəfərdə aşkarlanıb. Onların 580 891-i sağalıb, 8 884-ü dünyasını dəyişib.

Bu günə olan aktiv xəstə sayı 19 539 nəfər təşkil edir.