"Report" xəbər verir ki, bu barədə yerli "National" qəzeti məlumat yayıb.
Partlayış nəticəsində azı bir nəfər ölüb, iki nəfər yaralanıb. Xəsarət alanların hər ikisi azyaşlıdır. Onlar müxtəlif yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
İlkin versiyaya görə, partlayış boru kəmərindən yanacağın qanunsuz olaraq boşaldılması cəhdi zamanı baş verib.
Partlayışdan sonra yaranan yanğın söndürülüb.