Britaniyada son sutka: 30301 yoluxma qeydə alınıb

Böyük Britaniyada son sutkada COVID-19-a 30301 yoluxma halı qeydə alınıb.
APA-nın "Sky News"a istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.
Bildirilib ki, son 24 saat ərzində 121 nəfər koronavirusdan vəfat edib.