"Taliban" lisenziyasız silah və nəqliyyat vasitələrinin satışını qadağan edib

"Taliban" Əfqanıstanda lisensiyasız silah və nəqliyyat vasitələrinin satışını qadağan edib.

"Report" xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda müvafiq sənədləri olmayan silah-sursat, habelə lisenziyasız nəqliyyat vasitələrinin alqı-satqısının qadağan edildiyi deyilir.

Müdafiə Nazirliyi qanunu pozanların cinayət məsuliyyətinə cəlb ediləcəyini vurğulayıb.