Ukrayna DMX rəhbəri gözlənilmədən istefa verib

Ukrayna Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Maksim Sokolyuk gözlənilmədən vəzifəsindən istefa verib.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, M.Sokolyuk qərarı bu gün verib.

İstefanın səbəbi hələ açıqlanmır. Qeyd edək ki, 2015-ci ildən bu vəzifəni tutan M.Sokolyuk Ukrayna ictimai-siyasi həyatında tanınmış şəxslərdəndir.