Gürcüstanda son sutkada COVID-19-dan 67 nəfər ölüb


Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 4 104 yoluxma halı qeydə alınıb, 67 nəfər ölüb.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 752 855, ölənlərin sayı isə 10 435 nəfərə çatıb. Virusa yoluxanlardan 688 781 nəfərin sağaldığı bildirilir.