
Pulları kəsir, ABŞ ÜST-ə böyük ziyan vuracaq -AÇIQLAMA
Yusif Nəzərli
03:11 22.01.2025
Dünya
465
Bunu da digər ölkələrin hesabına kompensasiya etməyə çalışacaq
Ümumdünya Səhiyyə Təşkilatına indiyədək, bəlkə də, belə zərbə vuran olmamışdı. ÜST ən böyük zərbəni Amerikadan aldı. ABŞ Prezidenti Donald Tramp ikinci prezidentlik müddətinin ilk günündə ölkəsinin Ümumdünya Səhiyyə Təşkilatından çıxması ilə bağlı sərəncam imzaladı. Səbəbini isə ÜST-ün COVID-19 pandemiyasını və digər xəstəlikləri səhv idarə etməsiylə bağladı. D.Trampın sərəncamına əsasən, ABŞ 12 ay sonra ÜST-dən rəsmi olaraq çıxacaq və bu müddət ərzində təşkilata maliyyə töhfələrini dayandıracaq. Amma ABŞ ÜST-ün ən böyük maliyyə dəstəkçisidir və onun ümumi maliyyəsinin təxminən 18 faizini təmin edir. ÜST-ün 2024-2025-ci illər üçün büdcəsi isə 6,8 milyard dollar təşkil edir. Bu da xatırladılır ki, Donald Tramp 2020-ci ildə prezidentliyinin ilk müddətinin sonunda da ABŞ-ni ÜST-dən çıxarmışdı. Lakin bu qərar sonrakı Prezident Co Bayden tərəfindən ləğv edildi və ABŞ təşkilata yenidən qoşuldu. D.Trampın ÜST-ə yenidən “əlvida” deməsi Böyük Britaniyanı da ruhlandırıb. Məlumata görə, B.Britaniyanın “İrs” partiyasının lideri Devid Kerten hökuməti ABŞ-nin ardınca Ümumdünya Səhiyyə Təşkilatından çıxmağa çağırıb. O, bu barədə “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib. “Prezident Donald Tramp ABŞ-nin ÜST-dən çıxması barədə fərman imzalayıb. Ölkəmiz də eyni addımı atmalıdır”, deyə D.Kerten yazıb.
D.Trampın ÜST-dən ayrılması digər ölkələri də eyni addım atmağa təşviq edəcəkmi və o zaman nə baş verəcək? Rəylərə görə, ÜST əsas maliyyə mənbələrini itirməsini digər üzv ölkələrin hesabına kompensasiya etməyə çalışacaq. Əslində, ÜST-ün başqa çarəsi də qalmayacaq. ABŞ, Böyük Britaniyadan az varlı olmayan ölkələrə üzvlük haqqını artırmağı xahiş, bəlkə də, tələb edəcək.
Məsələ ilə bağlı “Sherg.az"a danışan həkim-pediatr Vaqif Qarayev qeyd etdi ki, Trampın addımı sırf iqtisadi maraqlardan qaynaqlanır:

- Donald Tramp biznesmendir, ticarətçidir. Onun ABŞ-ni ÜST-dən çıxarmaq qərarı da ölkəsinin maliyyə xərclərini azaltmaq istəyindən qaynaqlanır. Tramp ölkəsinin xərclərini azaltmaq istəyir və pandemiyanı səbəb göstərərək ÜST-ün pulunu kəsir. Maliyyəni dayandırır. Halbuki COVİD dövründə D.Tramp qədər pandemiyanı önəmsəyən, peyvəndlərin tez bir zamanda istehsalını arzulayan ikinci siyasətçi yox idi. Düzdür, bütün ölkələr narahat idi, hər kəs bacardığını edirdi, amma Tramp xüsusi canfəşanlıq göstərdi o zaman. Hətta yadınızdadırsa, dərman da reklam etdi. Dedi, xəstəliyin çarəsi bu dərmandır. Halbuki ABŞ-də alimlər vardı, tədqiqat aparırdılar, peyvənd hazırlıqları gedirdi. İş belə gətirdi ki, COVİD-ə qarşı peyvənd “BioNTech”i ABŞ-də yaşayan türk alim icad etdi – Uğur Şahin. Tramp da bu vaksinin istehsalına icazə verdi. Razıyam ki, ÜST-ün zorakı, səhv qərarları çox olub. Məsələn, 3 gün evdən bayıra çıxmamaq, tam izolyasiya qərarı nəyə lazım idi? Nə qədər insan bundan psixoloji əziyyət çəkdi. 3 günlük izolyasiya yoluxma zəncirini qıra bilmədi. Bu cür qərarlarla yoluxmanın qarşısını almaq mümkün deyil. Biz hər nə qədər ÜST-ü sevməsək də, amma onun inkişaf etməmiş ölkələrə, Afrika xalqlarına yardımlarını görməzdən gələ bilmərik. ÜST bu ölkələrə böyük yardımlar edir. Bu mənada hesab edirəm ki, Trampın qərarı ÜST-ə böyük zərbədir. ÜST-ün ən böyük maliyyə mənbələrindən birini itirməsi yaxşı bir şey vəd etmir. Bu qərar həm də ÜST-ün etibarını zədələyir.
ABŞ maliyyə yardımını dayandırdıqdan sonra nə olacaq? V.Qarayev qeyd etdi ki, ÜST çox güman ki, üzvlük haqqını artıracaq və digər ölkələr daha artıq maliyyə ayırmalı olacaqlar:
- ÜST-ün əsas funksiyası düzgün koordinasiya etməkdir. Ayrılmış maliyyənin düzgün, ədalətli bölüşdürülməsi, həmçinin tibbi yardımların daha çox ehtiyacı olan ölkələrə paylanması, xəstəliklərin önlənməsi üçün doğru tövsiyələr vermək, alimlərin tədqiqatlarına yardım etmək və sair. ÜST-dən çıxmağın ABŞ-yə heç bir ziyanı dəyməyəcək. Dünyanın beyin mərkəzi bu gün də ABŞ-dədir. Amma ÜST-ə böyük ziyanı dəyəcək. Bunu da digər ölkələrin hesabına kompensasiya etməyə çalışacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zəli hansı xəstəliklərdə istifadə olunur?
06:00 22.05.2026
Sağlamlıq
Axtarışa verilən Serenaydan ilk - Açıqlama
05:25 22.05.2026
Şou
Dünyanın 5 ən təhlükəli boğazı - Onlar bağlansa nə baş verər?
04:14 22.05.2026
Dünya
Ayaqlarınız daim üşüyürsə, bunları yeyin - Canan Karataydan
03:33 22.05.2026
Sağlamlıq
Tan Taşçı saxlanıldı
02:54 22.05.2026
Şou
Əfqanıstanda qızlar üçün nikah yaşı aşağı salınıb
02:22 22.05.2026
Dünya
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
00:19 22.05.2026
İnfrastruktur
"Fox News": Amerikalıların 60%-dən çoxu İranla müharibəyə qarşıdır
23:30 21.05.2026
Dünya
Yeni MMA liqası təşkil ediləcək
23:11 21.05.2026
İdman
Əli Əsədov Türkmənistana səfər edib
22:06 21.05.2026
Siyasət
ABŞ Prezidenti: İranın uran ehtiyatını məhv edəcəyik
20:55 21.05.2026
Dünya
Avropa Liqasında mövsümün ən yaxşı futbolçusu müəyyənləşdi
20:31 21.05.2026
Dünya
Rubio: İranla danışıqlarda müəyyən irəliləyiş əldə olunub
20:19 21.05.2026
Region
Leyla Əliyeva Esvatini Kralı III Msvatini ilə görüşüb
20:06 21.05.2026
Gündəm
Ekspert Minidiçin Zelenskini niyə məhkəməyə verdiyini açıqlayıb
19:52 21.05.2026
Dünya