Türkiyənin Çanaqqala vilayətinin Ayvacık ilçəsi sahillərində 5,2 bal gücündə zəlzələ baş verib.
Axar.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Təkanlar yerin 8,65 km dərinliyində qeydə alınıb.
Qəndilli Rəsədxanası isə maqnitudanın 5,3 bal gücündə olduğunu bildirib.
Dağıntı və tələfat barədə informasiya verilmir.