Dəhşətli yanğında Nedim Türkmən də öldü

Türkiyənin Bolu bölgəsinin Qartalqaya Xizək Mərkəzindəki oteldə baş verən yanğın nəticəsində "Orduspor" klubunun sabiq prezidenti, “Sözcü” qəzetinin yazarı Nedim Türkmən və ailə üzvləri – arvadı, oğlu və qızı da həlak olub.

Axar.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, N.Türkmən 2009-2014-cü illərdə "Orduspor"un prezidenti vəzifəsində çalışıb.

Qeyd edək ki, son məlumata görə, yanğında 66 nəfər həyatını itirib, 51 nəfər yaralanıb.