Hazırda Almaniya Kanslerinin səlahiyyətlərini icra edən Angela Merkel 16 illik hökumət başçılığından sonra nə ilə məşğul olacağı barədə danışıb.
“Deutsche Welle”yə müsahibə verən Merkel bir daha siyasətə qayıtmyacağını təsdiqləyib.
O bildirib ki, yalnız bir neçə aylıq istirahətdən sonra gələcək planlarına aydınlıq gələcək.
Merkel daha çox yatmaq və oxumaq istədiyini qeyd edib.
Mənbə: TASS