Gürcüstanda daha 6021 nəfər koronavirusa yoluxub, 75 nəfər ölüb

Gürcüstanda son sutkada daha 6021 nəfər koronavirusa yoluxub, 3792 nəfər müalicə olunaraq sağalıb, 75 pasiyent isə pandemiyanın qurbanı olub.

Sherg.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi “stopgov.ge” saytında məlumat yerləşdirilib.

Bildirilir ki, bununla da, ölkədə COVID-19 infeksiyasına yoluxanların ümumi sayı 761 min 67-ə, sağalanların sayı 696 min 921-ə, ölənlərin ümumi sayı isə 10 min 584-ə çatıb.

Hazırda Gürcüstanda 1300 nəfər kliniki hospitallarda, 54 nəfər karantində, 48 min 287 nəfər isə özünütəcrid rejimindədir.