Türkiyədə bina çöküb, dağıntılar altında qalanlar var

Türkiyənin şərqindəki Malatya şəhərində bina çöküb.

"Report" bu barədə İHA-ya istinadən xəbər verir.

Məlumata görə, dağıntılar altında xeyli sayda insan qalıb.

İnönü küçəsində yerləşən binanın naməlum səbəbdən uçduğu deyilir.

Hadisə yerinə çoxlu sayda xilasetmə qüvvələri, polis və tibbi qruplar cəlb edilib.