Gürcüstan vətəndaşı Polşa-Belarus sərhədinin miqrantlar tərəfindən qanunsuz keçilməsinə göstərdiyi köməyə görə saxlanılıb.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə Polşanın Sərhəd Xidməti məlumat yayıb.
Bildirilib ki, noyabrın 21-də sərhədi qanunsuz keçməklə bağlı 346 cəhd qeydə alınıb və ikisi Suriya, biri Gürcüstan vətəndaşı olmaqla üç nəfər saxlanılıb.
Qeyd edək ki, Polşa-Belarus sərhədində miqrantlarla bağlı vəziyyət gərgin olaraq qalır. Polşa sərhəddə nəzarəti gücləndirib və əraziyə hərbi qüvvələr səfərbər edib.