Tramp Baydenin 78 sərəncamını ləğv etdi, qələmi tulladı

ABŞ Prezidenti Donald Tramp andiçmə mərasimindən sonra keçmiş prezident Co Baydenin 78 sərəncamını və memorandumunu ləğv edib.

Axar.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

“Vaşinqtonda “Kapital One Arena”da tərəfdarları qarşısında mitinqdə çıxış edən Tramp Baydenin qərarlarını ləğv edən bir sıra sərəncamlar imzalayıb. ABŞ-ın yeni prezidenti əvvəlki administrasiyanın ümumilikdə 78 icra sərəncamını və memorandumunu ləğv edib”, - məlumatda qeyd olunub.

Sənədləri imzaladıqdan sonra Tramp qələmi kütləyə doğru tullayıb.