Astrologiyada bəzi bürclər sadiq və etibarlı xüsusiyyətləri ilə diqqəti cəlb edir. Hansı bürclərin ən sadiq olduğu sualı astrologiya ilə maraqlanan hər kəsi maraqlandırır. Astrologiyada ən sədaqətli bürclər həyatlarında olan insanı sonsuza qədər sevə bilər və heç vaxt uzaqlaşa bilməzlər.
Anons.az NTV-yə istinadən sadiq 4 bürcü təqdim edir.
1- ŞİR
Şirlər münasibətlərində əylənməyi və partnyorları ilə xoş vaxt keçirməyi sevirlər. Tərəfdaşları üçün sosial dairələrini bir kənara qoya bilərlər. Birlikdə olduqları insana sədaqətləri həmişə sonsuzdur.
Şir bürcləri münasibətlərində sevgi, güvən və hörmətə böyük əhəmiyyət verirlər. O, tərəfdaşında da eyni hissləri tapmaq istəyir.
2- BALIQLAR
Balıqlar astrologiyada ən emosional və həssas bürclərdəndir. Balıqlar sevməyi və sevilməyi sevirlər. Onlar həqiqətən aşiq olduqda, tərəfdaşını məyus etməmək üçün əlindən gələni edir.
Balıqlar münasibətlərində həmişə dürüst olurlar. Həyat yoldaşlarına heç vaxt yalan danışmırlar. Başqalarına belə baxmırlar. Tərəfdaşlarına ürəkdən sadiqdirlər.
3- BUĞA
Buğalar tərəfdaşları ilə həmişə dürüst olurlar. Sevdiyi insanı həyatının mərkəzinə qoyur və aldatmağı ağlına belə gətirmir. Onlar münasibətdə olduqları insanı hər şeydən üstün tuturlar. Buğa bürcləri təbiətcə çox etibarlıdırlar. Münasibətlərində tərəfdaşlarına sonsuz etibar etmək istəyirlər. Özləri kimi sadiq insanlarla xoşbəxt olurlar.
4- XƏRÇƏNG
Xərçəng insanlar həm həyat yoldaşlarına, həm də evlərinə çox bağlıdırlar. Həddindən artıq emosional olduqları üçün həmişə romantik sevgi axtarırlar.
Doğru insanı tapanda heç vaxt aldatmazlar. Bu səbəblə Xərçəng bürcü sadiq bürclər arasındadır. Sevdikləri insanın yanında olduqları zaman özlərini xarici dünyadan bağlayırlar. Xərçəng bürcü insanlara münasibətlərdə sonsuz etibar edə bilərsiniz.