Spiker Aİ-nin Gürcüstandakı nümayəndəliyini nifrət və zorakılığı təbliğ edən təşkilatları həvəsləndirməkdə ittiham edib

Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili Aİ-nin Gürcüstandakı nümayəndəliyini nifrət və zorakılığı təbliğ edən təşkilatları həvəsləndirməkdə ittiham edib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, spiker nümayəndəliyin təşkil etdiyi müsabiqədə müxalifyönümlü “Formula” telekanalını mükafatlandırmasına münasibət bildirərkən qeyd edib ki, zorakılığı təbliğ edən təşkilatları həvəsləndirmək bu kampaniyalarda iştirakla eynidir.

“Dünən Avropa İttifaqının Gürcüstan nümayəndəliyi özünün təsis etdiyi jurnalistika müsabiqəsində gürcü ordusundan oğurlayan Kezeraşvilinin “Formula” televiziyasının jurnalistinin finalçı olması xəbəri ilə bizi “sevindirdi”. Bu televiziya kanalı bu gün də öz terrorunu davam etdirir. Nifrət və zorakılığı təbliğ edən təşkilatları təşviq etmək nifrət və zorakılıq kampaniyasında iştirak etməklə eynidir” – deyə Şalva Papuaşvili sosial şəbəkədə yazıb.