Əkrəm İmamoğlu barəsində istintaq başladıldı

İstanbulun bələdiyyə sədri Əkrəm İmamoğlu barəsində istintaq başladılıb.
Axar.az xəbər verir ki, bu barədə İstanbul Baş Prokurorluğundan məlumat verilib.
Məlumata görə, buna səbəb İmamoğlunun qatıldığı televiziya verilişlərinin birində İstanbulun Baş prokuroru Akın Gürlek və ailəsi haqqında işlətdiyi sözlərdir.

“İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun qatıldığı proqramda İstanbul Baş prokuroru Akın Gürlek və ailəsinə qarşı işlətdiyi təhdidedici ifadələr səbəbindən haqqında “Terror və təhdidlə mübarizədə çalışan insanları hədəfə alma” cinayətləri ilə bağlı rəsmi istintaq başladılıb”, - məlumatda bildirilib.