Rusiya Tramp və Panama rəhbərliyinin müzakirələr zamanı Panama kanalının mövcud beynəlxalq hüquqi rejiminə hörmətlə yanaşcağını gözləyir. APA-nın Moskva müxbiri xəbər verir k, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.
Onun sözlərinə görə, Rusiya Panama kanalının beynəlxalq hüquqi rejiminin 1977-ci il ABŞ-Panama müqaviləsində aydın şəkildə müəyyən edilməsindən çıxış edir.
"Tramp və Panama rəhbərliyi müzakirələrdə Panama kanalının mövcud beynəlxalq hüquqi rejiminə hörmət etməlidir" deyə rusiyalı nazir müavini vurğulayıb.
Qeyd edək ki, ABŞ-nin yeni prezidenti Donald Tramp Panama kanalının Amerikanın nəzarətinə keçməli olduğunu bəyan edib.